Dünən gecə Zabux kəndinin bütün sakinləri evlərini tərk ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Demokratik Birlik” partiyasının sədri, kənddə qanunsuz yaşayan Suren Petrosyan öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, avqustun 25-də Zabux və Sus kəndləri, eləcə də Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək.
Azərbaycan ən qısa müddətdə Laçından yan keçərək Qarabağı Ermənistanla birləşdirəcək yol çəkib.
Bizim.Media