Zəngəzurda iki erməni hərbçi öldü

Zəngəzurda iki erməni hərbçi öldü

Hazırda oxunan: Zəngəzurda iki erməni hərbçi öldü

89721

Bu gün avqustun 21-də Zəngəzurda (Sünik rayonu) qəza baş verib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, saat 01:30 radələrində Ararat rayon sakini, 29 yaşlı Fərhad Akopyan idarə etdiyi “Opel Astra” markalı avtomobili Qafan şəhərində idarə edərkən qarşıdan gələn zolağa çıxaraq beton maneəyə, sonra ağaca çırpıb.

Qəza nəticəsində Akopyan və onun 37 yaşlı sərnişini, Ararat rayon sakini Suren Pirumyan Qafan tibb mərkəzinə yerləşdirilib. Digər sərnişin, 28 yaşlı Ararat rayon sakini Razmik Akopyan isə hadisə yerində ölüb.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, bu gün saat 07:40-da Qafan polis şöbəsinə tibb mərkəzindən məlumat verilib ki, sərnişinlərdən Suren Pirumyan dünyasını dəyişib.

Şamşyan qeyd edib ki, sürücü və qəzada zərərçəkənlər Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO