Roman Bağdasaryan Qarabağ separatçıları HAQDA: “Siz tamamilə qanunsuz, mövcud olmayan qurumsunuz”

Roman Bağdasaryan Qarabağ separatçıları HAQDA: “Siz tamamilə qanunsuz, mövcud olmayan qurumsunuz”

Hazırda oxunan: Roman Bağdasaryan Qarabağ separatçıları HAQDA: “Siz tamamilə qanunsuz, mövcud olmayan qurumsunuz”

89669

Erməni jurnalist Roman Bağdasaryan Qarabağdakı erməni quldur dəstələrinə müraciət edərək onlara yeni dərs keçib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər blogerin YouTube kanalında yerləşdirilib.

“Bu gün doyunca güldüm. Vəkillər, hüquqşünaslar, hətta Ermənistan parlamentinin deputatları mənə yazdılar ki, “Arsax milli təhlükəsizlik xidməti" mənə qarşı yalan məlumat verdiyimə görə cinayət işi açıb.

Bundan adlarını demək istəmədiyim şəxslər sadəcə şoka düşüblər. Birincisi, sizə keçən ilin dekabr ayından bir döyüşçünün Suqovuşanda baş verən kabuslu vəziyyətdən danışdığı müsahibəni xatırladıram.

Müharibədən bir gün əvvəl içki məclisi düzəldən polkovnikin həbs olunduğu və buna görə də əsgərlərinin döyüşə hazır olmadıqları barədə məlumat yayılmışdı.

“Arsax milli təhlükəsizlik xidməti"ni bu qədər narahat edən nədir? “Roma”nın həmişə həqiqəti söyləməsimi?  Bütün 34 il ərzində Qarabağ rəhbərliyi məsələləri adam öldürməklə, saxtakarlıqla həll edib. 4 nəfəri güllələmək istəyən general Oqanovski haqqında heç nə demirlər, yazmırlar.

Qarabağda 25 mindən çox qırmızı palıd gövdəsini kəsib, satıb pulunu ciblərinə qoyan Qarabağ klanının nümayəndələrini niyə həbs etmirsiniz?

Siz həm Ermənistanın, həm də bunu oxuyanların və Azərbaycanın qarşısında biabır olmusunuz. Haqqımda cinayət işinin başlanması biabırçılıq tabutuna vurulan son mismardır. Yəni demək istəyirsiniz ki, müharibə zamanı Rusiyaya qaçan zabitlərdən heç bir şikayətiniz yoxdur? Niyə onların ad və soyadlarını dərc etmirsiniz?

Təsəvvür edə bilirəm ki, Azərbaycanda sizin dərc etdiyiniz şeylərə necə gülürlər. Siz öz dəyərsizliyinizi, qorxaqlığınızı etiraf edibsiniz. 44 günlük müharibədə çoxunuz Qarabağdan qaçmısınız. Siz, “Arsax milli təhlükəsizlik xidməti"nin əməkdaşları, müharibə zamanı zirzəmilərdə oturmusunuz və hətta başınızı çölə çıxarmağa belə qorxmusunuz.

Məndən tez-tez soruşurlar ki, Qarabağı nə gözləyir? Arayik Arutyunyan və Vitali Balasanyan kimi insanlarla sizi ancaq kədər gözləyir.

Mənimlə döyüşmək istəyirsiniz? Yaxşı, gəlin döyüşək. Lazım olarsa, biz beynəlxalq instansiyalara müraciət edəcəyik, çünki siz tamamilə qeyri-qanuni, mövcud olmayan qurumsunuz. Siz azərbaycanlılardan minlərlə dəfə çox Qarabağ ermənilərini öldürmüsünüz.

İndi isə Azərbaycan haqqında nəsə deməyə çalışırsınız? 34 ildə həbsxanalarınızda minlərlə insanı məhv etmisiniz. Gedin Qarabağdakı sadə ermənilərə deyin ki, tezliklə qazın, işığın pulunu Azərbaycana verəcəklər.

Niyə demirsiniz ki, tezliklə Qarabağdakı bütün su elektrik stansiyaları azərbaycanlıların əlində olacaq? Qarabağ sakinləri, inanın ki, Arayik Arutyunyan və Vitali Balasanyan üçün birinci yerdə siz yox, onların pulunun, əmlakının, saraylarının taleyi durur.

Bu qədər binaya sahib olan Bako Saakyan və Seyran Ohanyana qarşı niyə cinayət işi açmırsınız?

Qarabağ məmurlarının bir oğlu da döyüşməyib, ölməyib. Mən sadəcə olaraq sizin üçün döyüşən və həlak olanlara görə utanıram”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO