Təngəaltı və Dağ Quşçudakı yanğınlar tam SÖNDÜRÜLDÜ

Təngəaltı və Dağ Quşçudakı yanğınlar tam SÖNDÜRÜLDÜ

Hazırda oxunan: Təngəaltı və Dağ Quşçudakı yanğınlar tam SÖNDÜRÜLDÜ

89604

Quba rayonunun Təngəaltı kəndi yaxınlığında meşəətrafı ərazidə baş verən yanğın görülmüş operativ tədbirlər sayəsində qısa vaxtda yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısı alınaraq tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya bildirilib ki, soyutma işləri tamamlanmış meşəətrafı sahədə təxminən 1 hektar ərazidə quru ot və kol-kos yanıb.

MÖVZU İLƏ BAĞLI:

Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü – FOTO/VİDEO


Bundan başqa, Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın da günün ikinci yarısında tam söndürülüb. Burada isə yanğın təxminən 40 hektar ərazini əhatə edib.

Qeyd edək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO