Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir sosial şəbəkədəki hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Almaniyadakı yeni səfiri bu şəxs oldu - FOTO
O qeyd edib ki, dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmağa çalışacaq:
"Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməyimə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Almaniya münasibətlərini gücləndirmək üçün əlimdən gələni əsirgəməyəcəm", - paylaşımda deyilir.
Bizim.Media