Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA

Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Salyanda amansızlıqla qətl törədən şəxs MƏHKƏMƏ QARŞISINDA

89373

Bu il mayın 24-də Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla rayon sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə əvvəldən tanımadığı Natiq Əhmədova yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan kəsici-deşici alətlə müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İnsanağa Əsgərova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO