Finlandiya Baş nazirinin gecə klubundan görüntüləri YAYILDI - VİDEO

Finlandiya Baş nazirinin gecə klubundan görüntüləri YAYILDI - VİDEO

Hazırda oxunan: Finlandiya Baş nazirinin gecə klubundan görüntüləri YAYILDI - VİDEO

89367

Finlandiyanın Baş naziri Sanna Marinin dostları ilə əyləndiyi video sosial şəbəkələrə sızıb. 

Bizim.Media xəbər verir ki, videoda baş nazirin dostları ilə rəqs etdiyi və mahnı oxuduğu anlar əks olunub. 

Sözügedən görüntülər şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, istifadəçilər onun narkotikin təsiri altında olduğunu iddia ediblər. Baş nazir bununla bağlı açıqlama verib. 

Marin yayılan videolarda narkotikin təsiri altında olmadığını bildirib. Həmçinin gizlədəcək heç bir şeyinin də olmadığını əlavə edib: 

"Rəqs edirdim, mahnı oxuyurdum, bayram edirdim, qanuni işlərlə məşğul idim... Narkotik istifadə etməmişdim. Alkoqoldan başqa heç nə qəbul etməmişdim”. 

O, həmçinin əlavə edib ki, bunlar şəxsi videolar olduğu üçün açıq şəkildə yayılacağını düşünməyib. 

"Mən bilirdim ki, məni çəkirlər, amma inanırdım ki, videolar özəl olduğu və qapalı məkanda çəkildiyi üçün yayımlanmayacaq”, - deyə Marin vurğulayıb. 

Bildirilir ki, yayılan videoda baş nazir Finlandiyanın bir neçə ictimai xadimi ilə birlikdə görüntülənib. Onların arasında deputat İlmari Nurminen və aparıcı Tinni Vikstrem də olub. 

Sızdırılan kadrlarda Marinin bir neçə dostu ilə şən rəqs etdiyi görünür.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO