Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yeni tərkibi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” sərəncamda edilən dəyişikliklərdə əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:
Komissiyanın sədri:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənəd dövriyyəsi şöbəsinin müdiri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:10 / 18.08.2022
Prezidentdən yeni SƏRƏNCAM – Bu Komissiyanın yeni tərkibi təsdiqləndi
Hazırda oxunan: Prezidentdən yeni SƏRƏNCAM – Bu Komissiyanın yeni tərkibi təsdiqləndi
Hazırda oxunan: Prezidentdən yeni SƏRƏNCAM – Bu Komissiyanın yeni tərkibi təsdiqləndi
89273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.