Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edildi – FƏRMAN

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edildi – FƏRMAN

Hazırda oxunan: Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edildi – FƏRMAN

89270

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmana əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:

- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).


Azərbaycan Respublikasının Nazirlər Kabinetinə nəzərdə tutulan əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO