“Mehmandarovlar” filminin çəkilişləri başa çatdı - FOTO 

“Mehmandarovlar” filminin çəkilişləri başa çatdı - FOTO 

Hazırda oxunan: “Mehmandarovlar” filminin çəkilişləri başa çatdı - FOTO 

89224

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Mehmandarovlar” filminin çəkilişləri yekunlaşıb.

Bizim.Media xəbər verir ki, kinostudiyadan verilən məlumata görə, Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Yavər Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.

Yavər Rzayevin filmi 7 hissəyə bölür. Bu hissələr hər biri fərqli adı daşımaqla Mehmandarovlar sülaləsinin üzvlərinin həyat və fəaliyyətləri fonunda Respublikanın son əsrdəki tarixi fonu canlanır.

Filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur.

Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.

Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb.

Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO