"Qarabağ"dan Azərbaycana növbəti xal - UEFA reytinqi 

Hazırda oxunan: "Qarabağ"dan Azərbaycana növbəti xal - UEFA reytinqi 

89162

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Bizim.Media xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb.

Buna "Qarabağ"ın dünən ÇL-in pley-off mərhələsinin ilk oyununda “Viktoriya” (Plzen) ilə qolsuz bərabərə qalması səbəb olub.

Bu nəticə ilə xal ehtiyatını daha 0,125 artıran ölkəmiz bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdırıb.

Azərbaycan hazırda reytinq siyahısında 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO