Bakının bu rayonlarında sabah TƏBİİ QAZ OLMAYACAQ

Bakının bu rayonlarında sabah TƏBİİ QAZ OLMAYACAQ

Hazırda oxunan: Bakının bu rayonlarında sabah TƏBİİ QAZ OLMAYACAQ

89115

Sabah saat 08:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Bizim.Media-ya bildirilib ki, faisləyə səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” Magistaral Qaz Kəmərində aşkar olunmuş qaz sızmasının və kipgəcli olan hissələrin ləğvi, həmçinin kəmərin 14-29-cu km-lər arası hissəsinin dayaqlar üzərinə qaldırılmasıdır.

"Sabunçu rayonunun Nizami küçəsinin, Daş Karxanasının, Maştağa qəsəbəsinin Albalılıq bağ massivinin, və Savalan, Zabrat, II Zabrat (bir hissəsi) və Balaxanı qəsəbələrinin, Ramanı Südçülük sovxozunun, həmçinin Suraxanı rayonunun Yeni Suraxanı və Bülbülə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Abonentlərdən texniki təhlükəsizlik qaydalarına riayət etməyi, qaz cihazlarını nəzarətdə saxlamağı xahiş edirik. Müvəqqəti narahatlığa görə üzr istəyirik"- "Azəriqaz"dan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO