Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda tədbir keçirildi

Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda tədbir keçirildi

Hazırda oxunan: Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda tədbir keçirildi

89019

SSRİ Xalq artisti, dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda xatirə tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, xatirə tədbirinə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva əklil göndəriblər.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov və mərhum sənətkarın ailə üzvləri ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, media əməkdaşları iştirak edib.

Çıxış edən xanımı Tamara Sinyavskaya Müslüm Maqomayevin daima xatirələrdə olduğunu qeyd edib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə Müslüm Maqomayevlə dostluq bağlarından bəhs edib: "Müslüm yaxşı insan olduğu kimi həm də yaxşı sənətkar idi. O, Azərbaycan xalqının qəlbində daimə yaşayacaq". 
Mədəniyyət naziri Anar Kərimov mərhum sənətkarın sənətinin genişmiqyaslı olmasını vurğulayıb:

"Müslüm Maqomayev tək Azərbaycan musiqisinə deyil, ümumilikdə dünya musiqisinə töhfə vermiş sənətkardır. O həm yaxşı insan, həm yaxşı dost, həm də böyük sənətkar idi", - nazir qeyd edib. 

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci ilin 25 oktyabrında - 66 yaşında vəfat edib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO