Yeni məktəbli formaları satışa ÇIXARILDI

Yeni məktəbli formaları satışa ÇIXARILDI

Hazırda oxunan: Yeni məktəbli formaları satışa ÇIXARILDI

88981

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Report.az-a Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq.Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.
Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində satış başlayacq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO