Şəmkirdə minik avtomobili mikroavtobusla toqquşdu

Şəmkirdə minik avtomobili mikroavtobusla toqquşdu

Hazırda oxunan: Şəmkirdə minik avtomobili mikroavtobusla toqquşdu

88958

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəza zamanı 1965-ci il təvəllüdlü İ.Böyükkişiyev,1999-cu il təvəllüdlü G.Abbasov və 2005-ci il təvəllüdlü İ.İmanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO