Bu il daha çox hansı ölkələrə səfər etmişik? - SİYAHI

Bu il daha çox hansı ölkələrə səfər etmişik? - SİYAHI

Hazırda oxunan: Bu il daha çox hansı ölkələrə səfər etmişik? - SİYAHI

88900

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yeddi ayı ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.

Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə 2,2 dəfə, Gürcüstana 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2 faiz artıb.Ölkə vətəndaşlarının 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiyaya, 12,2 faizi İrana, 8,3 faizi isə Gürcüstana səfər edib.

İndi ölkədən çıxmaq üçün əsas nəqliyyat vasitəsi hava nəqliyyatıdır. Onun qiymətləri isə həddən artıq bahadır. Bu isə çox saylı insana hava nəqliyyatından istifadə etməyə imkan vermir. Quru yolları isə bağlıdır.

Belədə, qonşu ölkələrə şəxsi avtomobillə getmək mümkünsüzdür. Amma buna baxmayaraq, rəsmi məlumatlardan göründüyü kimi ilin 7 ayı ərzində xaricə gedənlərin sayında əhəmiyyətli artım var?

Bu artımın səbəblərini Bizim.Media-ya şərh edən turizm eksperti Bahadur Bilalov qeyd edir ki, mövcud vəziyyətə pandemiya dövrünün başa çatması rəvac verib:

“Əvvəlki illərdə pandemiya ilə əlaqədar olaraq gediş-gəliş məhdudlaşdırılmışdı. Ona görə də Azərbaycan vətəndaşları keçən ilə qədər ölkə daxilində səfərlərə daha çox üstünlük verirdi.

Bu il isə artıq pandemiya ilə bağlı yumşalma var. Həmin vəziyyət isə insanları xaricə səfərlərə çıxmağa sövq edib. Təyyarə reyslərinin sayı həddən artıq çoxdur.

Düzdür, bəzi istiqamətlərdə təyyarə biletləri bahadır. Amma bununla belə bəzi istiqamətlərdə elə də baha deyil. Məsələn, Türkiyə Hava Yolları İstanbula 376 manat məbləğində gediş-gəliş bileti təklif edir.
Azərbaycan vətəndaşları bu il həmçinin Rusiyanın Mineralnı Vodı sanatoriyasına kütləvi axın edib.

Sözsüz ki, təyyarə biletlərinin qiyməti ucuz olsaydı, quru yolları açılsaydı, həm xaricə gedənlərin, həm də gələnlərin sayında artım olacağının şahidi ola bilərdik”.

Daxildə qiymətlərin baha, xidmətin aşağı olmaqda davam etməsi də həmsöhbətimizə görə, istirahət üçün xaricə üz tutanların sayının artımına səbəb olub:

“Pandemiyaya qədərki illərdə xaricə gedənlərin sayı indikindən daha çox olub. Statistikaya görə hər il ölkədən xaricə gedən vətəndaşlarımızın sayı, Azərbaycana gələn xarici turistlərin sayından çox olub.

Azərbaycan vətəndaşları burada qazandığını xaricdə xərcləməyi xoşlayır. Pandemiya dövründə bu imkan olmadığından, indi yaranan imkan yenidən həmin sahədə canlanmaya səbəb olub.

Azərbaycandakı istirahət mərkəzlərində qiymətlər baha, xidmət isə hələ də aşağıdır. Ona görə də insanlar xaricə üz tuturlar.

Görünən mənzərə onu deməyə əsas verir ki, qarşıdakı illərdə də xaricə gedən turistlərin sayı, ölkəmizə gələnlərlə müqayisədə çox olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO