İlham Əliyev: “Türkmən xalqı ilə bizi ayıran Xəzər dənizidir”

İlham Əliyev: “Türkmən xalqı ilə bizi ayıran Xəzər dənizidir”

Hazırda oxunan: İlham Əliyev: “Türkmən xalqı ilə bizi ayıran Xəzər dənizidir”

88863

“Əminəm ki, bundan sonra da Azərbaycan və türkmən xalqları iki qardaş xalq kimi çiyin-çiyinə gedəcək və qarşıda duran bütün vəzifələri uğurla icra edəcəklər. Bizi bir-birimizdən ayıran Xəzər dənizidir. Ancaq Xəzər dənizi də hazırda ölkələri birləşdirən dənizdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edərkən səsləndirib.

“Xəzər dənizinin ekoloji tarazlığının, təbii resurslarının qorunması əlbəttə ki, bütün Xəzəryanı ölkələr üçün əsas vəzifələrdən biridir. Azərbaycan və Türkmənistan öz tərəfindən bu məsələlərə çox böyük töhfə verir.
Bütün siyasi, iqtisadi, enerji, nəqliyyat məsələləri ilə yanaşı, xalqlarımızı ortaq tarix, ənənələr, dil, dinimiz, adət-ənənələrimiz birləşdirir.

Bu, çox güclü amildir. Yəni, bu, xalqlarımızı bir-birinə sıx bağlayan amildir. Əlbəttə ki, insanlar arasındakı təmasların iki dövlət arasındakı münasibətlərdə xüsusi yeri var”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO