Ərdoğanın Yay Sarayı 85,5 milyon dollara başa gələcək

Ərdoğanın Yay Sarayı 85,5 milyon dollara başa gələcək

Hazırda oxunan: Ərdoğanın Yay Sarayı 85,5 milyon dollara başa gələcək

8879

Türkiyənin cənub-qərbində, dənizkənarı Marmaris şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün inşa edilən Yay Sarayı 640 milyon lirəyə (85,5 milyon dollar) başa gələcək.

Bizim.Media xəbər verir ki, illik büdcəyə əsasən, Okluk körfəzində yerləşən 300 otaqlı sarayın tikintisinə artıq milyonlarla lirə xərclənib, 2021-ci ildə isə saraya daha 20 milyon lirə ayrılıb. 

“Bir gün” qəzetin məlumatına görə, bunun üçün ümumilikdə 65 000 kvadratmetr torpaq ayrılıb.

Layihə müxalifətçi deputatlar və ətraf mühitin müdafiəçiləri tərəfindən təbiətin məhv edilməsi ilə əlaqədar tənqid edilib.

Ərdoğanın 1150 otaqlı Ankaradakı əsas Prezident sarayı 3,1 milyon kvadratmetrdən çox ərazini əhatə edir, 615 milyon dollara başa gəlib.

Üçüncü Prezident sarayı Türkiyənin şərqində Bitlis vilayətindəki qədim Əhlat şəhərində tikilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO