Şakira və Pike 20 milyonluq təyyarəyə görə məhkəməlik oldular

Şakira və Pike 20 milyonluq təyyarəyə görə məhkəməlik oldular

Hazırda oxunan: Şakira və Pike 20 milyonluq təyyarəyə görə məhkəməlik oldular

88694

Bu yay ayrıldıqlarını elan edən “Barselona”nın müdafiəçisi Jerard Pike və dünya pop ulduzu Şakira şəxsi təyyarəyə görə məhkəməlik olublar. 

Bizim.Media İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, cütlük 20 milyon dollarlıq “Learjet 60XR” təyyarəsinin bölünməsini müzakirə edirlər. 

On sərnişini qəbul edə bilən bu təyyarə əldə edilmiş mülkün bir hissəsidir. Lüks təyyarənin gələcəyini isə məhkəmə həll edəcək. 

Bizim.Media xəbər verir ki, cütlüyün iki oğlu var - 10 yaşlı Milan və 8 yaşlı Saşa. 

Bir müddət əvvəl “Barselona” futbol klubunun müdafiəçisi Jerard Pikenin ofisiant qadınla eşq yaşadığı bildirilmişdi.  

Mənbənin sözlərinə görə, futbolçu Şakira ilə münasibətlərini yeniləmək istəyir. Pike və müğənni övladları naminə kompromis tapmaq istəyirlər. Müdafiəçi Şakiranın uşaqları ilə Barselonada qalmasını istəyir, müğənninin özü isə ABŞ-a köçməyə hazırlaşır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO