Ceylo əri Ben Afflekin qızı ilə Nyu-York küçələrində - FOTO/VİDEO

Ceylo əri Ben Afflekin qızı ilə Nyu-York küçələrində - FOTO/VİDEO

Hazırda oxunan: Ceylo əri Ben Afflekin qızı ilə Nyu-York küçələrində - FOTO/VİDEO

88647

Dünya pop ulduzu Cennifer Lopez və əri Hollivud aktyoru Ben Affleklə Nyu-Yorkda görüntülənib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aşiqlər Afflekin 50 illik yubileyini qeyd etmək üçün “Big Apple”a gəlib.

Paparassilər burada yeni evlənənləri sözün əsl mənasında təqib ediblər.

Fotoqraflar J. Lo və onun yeni ögey qızı Violet Afflekin Nyu-York küçələrində görüntüləyiblər. Bu, Benin aktrisa Cennifer Qarnerlə əvvəlki evliliyindən böyük qızıdır. Cütlüyün ümumilikdə üç övladı var.

Atasının yeni arvadı ilə gəzintiyə qəhvəyi rəngli qısa şalvar, yaxasında “Appalachian” yazılmış köynək və göy qurşağı platformalı sandalet geyinən 16 yaşlı qız medianın diqqətindən qorxmuş vəziyyətdə obyektivlərə tuş gəlib.

Cey Lo isə geyimi ilə yenə də şık görünməyi bacarıb. O, ağ köynək, boz velosiped şortu, ağ idman ayaqqabısı və Gucci çiyin çantası ilə göz oxşayıb.

Müğənni saçlarını səliqəsiz şəkildə topuz yığıb.

Rəşad Əliyev, Bizim.Media

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO