Peyvənd olaq, ya olmayaq? – BU, İNDİ MİLLİ MƏSƏLƏDİR

Peyvənd olaq, ya olmayaq? – BU, İNDİ MİLLİ MƏSƏLƏDİR

Hazırda oxunan: Peyvənd olaq, ya olmayaq? – BU, İNDİ MİLLİ MƏSƏLƏDİR

8862

Bütün dünyada olduğu kimi indi Azərbaycan cəmiyyəti üçün ən aktual sualllardan biri budur: “Karonavirusa qarşı peyvənd olaq ya olmayaq?”

Başqa viruslara qarşı peyvənd məsələsində heç kəsdə şübhə yoxdur. Məsələn, çiçək və ya vəbaya qarşı peyvənd olamama düşüncəsi mövcud deyil.

Bəs onlardan az təhlükəli olmayan və hətta daha sürətlə yayılma qabiliyyətinə malik “karona”ya qarşı bu şübhə niyə vardır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vaksin edilən şəxslərə pasport veriləcək

"Vaksindən sonra müəyyən insanlar xəstələnə bilər" - Oqtay Şirəliyev 


Hər şeyin kökündə informasiya savaşı dayanır. KİV, alim, həkim və ekspert dairələrində karonavirusun gerçək mahiyyətindən çox, ona münasibət haqqında yersiz və ya əsaslı informasiyalar təkrar-təkrar gündəmə gətirildi, müxtəlif maraqlar kontekstində beyinlərə yeridildi və qlobal informasiya məkanında “fırladıldı”.

Nəticədə qlobal informasiya məkanının özü, obrazlı desək, “xəyali ox ətrafında” fırlanmağa başladı.

İndi yeni mərhələdir. Artıq peyvəndin bir neçə növü dövriyyədədir. Yenə də insanların sağlamlığından çox peyvənddən pul qazanmaq rəqabəti üstünlük təşkil edir. 

Maraqlı fakt: bütövlükdə insanların qarantin rejiminə görə, qazanc əldə etmək imkanları xeyli məhdudlaşmasına baxmayaraq, dünya üzrə məhdud sayda iş adamları 1,2 trilyon ABŞ dolları həcmində gəlir əldə ediblər.

Sadə insanlar yaşamaq uğrunda yarışa girirlərsə, onlar isə gəlirinə görə, birinci sıraya yüksələ biləcək rəqabətinə girişiblər. 

İnformasiyalar yayılır: “bu gün Bezos birincidir, sabah B.Gyts ilk sıraya çıxacaq, birisi gün A.Moskun gəliri 200 milyardı keçəcək və ondan bir gün sonra bir başqa milyarder ön sıraya çıxır”.

Paradoskdurmur? Bəlkə də elədir, lakin bu, gerçəklikdir, faktdır!

Bu səbəbdən, ayrı-ayrı ölkələrdə “peyvənd siyasəti və ya peyvənd strategiyası”nın  (artıq dövriyyəyə belə bir ifadə daxil olub) səmərəli və bütövlükdə cəmiyyətin təhlükəsizliyinin mühüm parametrlərindən biri halına gəlməsindən danışa bilərik.

Bu məqam sadə vətəndaşdan tutmuş məmur dairələrinə qədər cəmiyyətin bütün təbəqələri üçün maraqlıdır. Yəni karonavirus peyvəndi bir vətəndaşın və ya məmurun fərdi miqyasda “olum ya olmayım” dilemmasının həlli deyil. 

Təntənəsiz, şişirtməsiz, ideologiyadan kənar ümumxalq, ümumdövlət məsələsidir. Necə? 

Dünyanın bir sıra dövlətlərinin peyvənd strategiyasına baxaq.

Böyük Britaniyanda 3 milyon 10 min adam artıq peyvənd olub (17-01-2021-ə olan statistik məlumat). İsrail ikinci yerdədir - əhalisinin dörddə biri, yəni 2 milyon 5 min peyvənd olunub.

Birləşmiş Ərəb Əmirliklərində əhalinin 15%-ə qədəri, yəni 1 milyon 40 min adam peyvənd olub. İtaliyada bu rəqəm 890 min, Rusiyada 800 mindən çox, Almainyada 760 min civarındadır.

Fransada 3 həftəyə 500 mini keçib.

Lakin dünya indi Türkiyənin peyvənd strategiyasını danışır. Qardaş ölkə cəmi iki gündə 800 min vətəndaşı peyvənd edib. Müqayisə üçün: Fransa 3 həftəyə 500 min, Almaniya 9 günə 265 min peyvənd edə bilib. 

Türkiyənin peyvəndləmə prosesinin altyapısı mükəmməl və dəqiq işləyir: hər bir vətəndaşa, hansı həkimin, hansı saatda peyvənd vurğuduğunu və onun yan təsirlərini istənilən anda aidiyyatlı qurumlar saniyə içində görə bilir!

Türkiyə gündə 1.2 milyon peyvənd etməyi hədəfləyib. Bunun üçün Çindən, Almaniyadan vaksin almaq planlaşdırılıb və prosesi tamamlamaq üçün 3 yerli peyvənd bu ilin yayına qədər hazır olmalıdır. 

Anlaşılan budur ki, dünyanın aparıcı dövlətləri peyvəndləmə strategiyasını faktiki olaraq milli və dövləti təhlükəsiliyinin vacib bir hissəsi kimi qəbul edirlər. Belə bir şəraitdə “peyvənd olaq və ya olmayaq” tezisi, görəsən, əsaslıdırmı?

Nəyayət, Azərbaycanın peyvənd strategiyası. Ürəkaçandır, praktikidir və səmərəlidir.

Birincisi, Azərbaycan lap başdan pandemiyaya qarşı ölkəiçi, regional və qlobal miqyaslarda prinsipial və aktiv mövqe tutub. Bu aspektdə heç nə dəyişməyib – insanların sağlamlığı rəsmi Bakı üçün prioritetdir.

İkincisi, Azərbaycan beynəlxalq qurumlar tərəfindən qəbul edilən və qardaş Türkiyənin də üstünlük verdiyi Çinin “Sinovaç” firmasının 2 milyon vaksinini almaq qərarını praktiki reallaşdırma mərhələsindədir.

Rəsmi yayılan informasiyaya görə, artıq 1 milyon peyvənd Türkiyəyə çatdırılıb və orada laboratoriya yoxlamasını keçir. Təhlüksəzilik üçün bu da çox vacib faktordur.

Deməli, Azərbaycanın peyvənd strategiyası milli və dövləti təhlükəsizliyin vaçib tərkib hissəsi kimi qəbul edilib və bu istiqamətdə sistemli addımlar atılır. Bizim üçün “peyvənd olaq ya olmayaq” dilemması olmamalıdır! Yəni cavab birdir – peyvənd olmaq fərdi olduğu kimi, həm də milli məsələdir!

Füzuli Qurbanov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO