Putin Əliyev və Paşinyanla görüşün detalları barədə danışdı - VİDEO

Putin Əliyev və Paşinyanla görüşün detalları barədə danışdı - VİDEO

Hazırda oxunan: Putin Əliyev və Paşinyanla görüşün detalları barədə danışdı - VİDEO

8856

Rusiya Prezidenti Vladimir Putin "Rusiya 1" telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında Dağlıq Qarabağda əldə edilən atəşkəslə bağlı ətraflı məlumat verib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bütün qərarlar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qəbul edilib, sazişin mətni isə əvvəlcədən hazırlanmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan üçtərəfli görüşə çantasında nə gətirmişdi? – EKSPERT RƏYİ


Putin onu da qeyd edib ki, qərar qəbul edilməli idi, çünki yaranmış şəraitdə mübarizə hər iki tərəfdən hər bir ifadə, hər bir bənd, demək olar ki, hər bir virgül uğrunda gedirdi.

Yanvarın 15-də Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşün yekunlarını Təhlükəsizlik Şurası üzvlərinin müzakirəsinə çıxarıb.

Bazar ertəsi, yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Kremldə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü keçirilib və orada Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Danışıqlar təxminən dörd saat davam edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Qarabağın statusu ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib. O, qeyd edib ki, döyüş əməliyyatları zamanı əsir götürülmüş hərbi əsirlərin dəyişdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da imzalanmış üçtərəfli sazişin səmərəli şəkildə yerinə yetirildiyini və onun icrası zamanı narahatlıq üçün ciddi əsasların olmadığını təsdiqləyib.

Sənəd, o cümlədən regiona Rusiya sülhməramlılarının yeridilməsini, münaqişə tərəfləri arasında əsirlərin dəyişdirilməsini, regionun bir sıra rayonlarının Ermənistan tərəfindən Azərbaycana verilməsini və qaçqınların Qarabağa qaytarılmasını nəzərdə tutur.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO