“Azad Demokratlar” Partiyasının lideri Xaçatur Kokobelyanın atası Qrişa Kokobelyanı qaçırmaqda təqsirli bilinən Ermənistan parlamentinin “Daşnaksütyun” partiyasından olan keçmiş deputatı Suren Manukyan həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Manukyanın vəkili Sergey Voskanyan məlumat verib.
Ermənistan İstintaq Komitəsi bundan əvvəl siyasətçinin iki ay müddətinə həbs olunması üçün vəsatət qaldırmışdı. Vəkilin sözlərinə görə, o, Manukyanın hadisədə iştirakını təkzib və cinayətdə iştirakını istisna edən çoxlu faktlar təqdim edib. Lakin məhkəmə eks-deputatın həbsinə qərar verib.
"Biz həbsi qanunsuz və əsassız hesab edirik, ona görə də bu qərardan müəyyən edilmiş müddətdə Apellyasiya Məhkəməsinə şikayət edəcəyik", - Voskanyan bildirib.
Bundan əvvəl polis siyasətçinin atasının qaçırıldığını və onun geri qayıtması üçün fidyə tələb edildiyini bildirmişdi. İdarədən verilən məlumata görə, cinayəti 37 yaşlı Suren M. və 25 yaşlı Armen K. törədiblər. Onların hər ikisi saxlanılıb.
Xaçatur Kokobelyan özü də bildirib ki, “Daşnaksütyun” partiyasının bürosunun üzvü, keçmiş deputat Suren Manukyan atasının oğurlanması faktı üzrə saxlanılıb.
Qeyd edək ki, iyulun 27-də Tavuş rayonunun Açadjur kəndinin 83 yaşlı sakini Qrişa Kokobelyan yoxa çıxıb. Həmin gündən etibarən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vətəndaşın itkin düşməsi faktı üzrə cinayət işi başlanıb. Keçmiş deputatın özü daha sonra atasının tapıldığını desə də, təfərrüatları açıqlamayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
23:58 / 14.08.2022
Ermənistanda "Daşnaksütyun” partiyasının sabiq deputatı həbs edildi
Hazırda oxunan: Ermənistanda "Daşnaksütyun” partiyasının sabiq deputatı həbs edildi
Hazırda oxunan: Ermənistanda "Daşnaksütyun” partiyasının sabiq deputatı həbs edildi
88551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.