İrəvan bazarında partlayışdan sonra pavilyonlar dağıldı - VİDEO

İrəvan bazarında partlayışdan sonra pavilyonlar dağıldı - VİDEO

Hazırda oxunan: İrəvan bazarında partlayışdan sonra pavilyonlar dağıldı - VİDEO

88502

İrəvanın Surmalu bazarında baş verən partlayışdan sonra pavilyonlar dağılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” Telegram kanalı yayıb.

MÖVZU İLƏ BAĞLI:

İrəvanın ticarət mərkəzində partlayış: 7 nəfər xəsarət alıb - VİDEO


Hadisə şahidlərinin sözlərinə görə, dağılmış köşklərin altında insanlar ola bilər. Bundan əvvəl İrəvanda Surmalu bazarında partlayışın baş verdiyi, daha sonra yanğının qeydə alındığı bildirilib.

İstifadəçilər fişənglərin alovlandığını yazır. Yaxınlıqdakı ev sakininin dediyinə görə, o, əvvəlcə güclü partlayış, sonra isə bir neçə fişəng səsi eşidib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zərərçəkənlər var, onların sayı hələlik dəqiqləşməyib. Hadisə yerində yanğınsöndürmə və xilasedicilərdən ibarət 10 qrup işləyir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO