Bayden 2-ci müddətə prezidentliyə namizəd olmayacaq – Nümayəndələr Palatasının üzvü

Bayden 2-ci müddətə prezidentliyə namizəd olmayacaq – Nümayəndələr Palatasının üzvü

Hazırda oxunan: Bayden 2-ci müddətə prezidentliyə namizəd olmayacaq – Nümayəndələr Palatasının üzvü

88501

ABŞ prezidenti Co Bayden ikinci müddətə namizəd olmaq fikrində deyil.

Bizim.Media xəbər verir ki, bu fikri Nümayəndələr Palatasının üzvü Kerolina Meloni “The New York Times” qəzetinə müsahibəsində səsləndirib.

Nəşr Melonidən "Prezident Bayden yenidən namizədliyini irəli sürməlidirmi?" sualına cavab istəyib.

“Dediklərimi yazmayın, o, bir daha namizədliyini irəli sürməyəcək”. Meloni belə deyib.

Xatırladaq ki, iyun ayında Bayden administrasiyası hazırkı prezidentin 2024-cü ildə ikinci müddətə namizəd olmaq niyyətini təsdiqləyib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre jurnalistlərin Baydenin yaşı və ya səhhətinin onun seçkilərdə iştirak etməsi üçün problem ola biləcəyi ilə bağlı narahatlıqlarını rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO