Şestokoviçin azərbaycanlı TƏLƏBƏSİ: Onun Niyazi və Fikrət Əmirovla küsmək səbəbi nə olub? - VİDEO 

Şestokoviçin azərbaycanlı TƏLƏBƏSİ: Onun Niyazi və Fikrət Əmirovla küsmək səbəbi nə olub? - VİDEO 

Hazırda oxunan: Şestokoviçin azərbaycanlı TƏLƏBƏSİ: Onun Niyazi və Fikrət Əmirovla küsmək səbəbi nə olub? - VİDEO 

88405

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib.

Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.  

Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.  
Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. 

Qara Qarayev təbiətcə qaraqabaq idi. İnsanlarla çox ünsiyyətdə olmurdu. Bəlkə də elə buna görə iki ən yaxın dostu ilə Maestro Niyazi və Fikrət Əmirovla ölənə qədər küsülü qaldı.

Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov yazır ki, Qara Qarayev Moskvada ölüm yatağında olanda Niyazi öz orkestri ilə ora qastrola gedir və mehmaxanaya düşən kimi illərdir danışmadığı dostuna belə bir məktub göndərir: 

Əzizim Qara, Moskvadayam. Sabah çıxışlarımız başlayır. Hansı əsərini istəyirsən, de, repertuara salım. Bu, mənim üçün şərəf olar”.

Bizə Qara Qarayevin bu məktubu oxuyandan sonra hansı hisslər keçirdiyini yalnlz güman etmək qalır…
Korifey sənətkar Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Böyük bəstəkar Qara Qarayev haqqında daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO