\

\"Qurd\"un xanımı qızının görüntülərini paylaşdı - FOTO/VİDEO

Hazırda oxunan: \"Qurd\"un xanımı qızının görüntülərini paylaşdı - FOTO/VİDEO

88342

"Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə ötən ay dünyaya gətirdiyi qız övladı ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, qızına Suğra adını qoyan musiqiçi onun bir ayının tamam olması ilə bağlı sosial şəbəkə hesabında məlumat verib.

L.Namazzadənin qızının üzünü həm videoda, həm də şəkillərdə gizlətməsi diqqət çəkib.

Qeyd edək ki, Fərid Eminovla evli olan L.Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Bu, Fəridin ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media

 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO