Nura Suri bulvarda etiraz etdi: “Bu qədər pul qazanırlar, belə hörmətsiz yanaşırlar” – VİDEO

Nura Suri bulvarda etiraz etdi: “Bu qədər pul qazanırlar, belə hörmətsiz yanaşırlar” – VİDEO

Hazırda oxunan: Nura Suri bulvarda etiraz etdi: “Bu qədər pul qazanırlar, belə hörmətsiz yanaşırlar” – VİDEO

88275

Müğənni Nura Suri Dənizkənarı Milli Park ərazisində skuter icarəyə verən şirkətdən şikayətlənib.

Bizim.Media xəbər verir ki, sənətçi nəqliyyat vasitəni icarəyə verən şəxslərlə etiraz dolu söhbətinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Nura skuterlərin enerjisinin dolu olanını deyil, məhz az olanını sakinlərə təklif etdiyini iddia edərək, etiraz səsini ucaldıb.

““WingZ” şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (ən kiçik oğlu – red.) bulvarda skuter götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə, paylaşmaq qərarına gəldim” – deyə, N.Suri bildirib.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO