Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verir

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verir

Hazırda oxunan: Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verir

88103

Avqustun əvvəlindən Türkiyə “türk kökənli həmvətənlər” statusu çərçivəsində Krım tatarlarını türk kimi tanıyaraq onlara uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin miqrasiya xidməti yayıb.

Mənbə qeyd edir ki, Krım tatarları üçün yaşayış icazəsi daxili işlər naziri Süleyman Soylunun göstərişi ilə 2022-ci ilin iyunundan verilir.

Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusa düşürdülər.

Mövcud qanunvericiliyə görə, yalnız 8 il ərzində davamlı olaraq ölkədə olan əcnəbilər Türkiyədə uzunmüddətli yaşayış icazəsi ala bilərlər. İndi Krım tatarları bu şərtləri yerinə yetirməyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO