İçərişəhərin möcüzəvi “süd quyusu” – Ruslar onu niyə dağıtmaq istəyirdi?

İçərişəhərin möcüzəvi “süd quyusu” – Ruslar onu niyə dağıtmaq istəyirdi?

Hazırda oxunan: İçərişəhərin möcüzəvi “süd quyusu” – Ruslar onu niyə dağıtmaq istəyirdi?

88098

“İçərişəhərdə qədimdən bəri müxtəlif dərinlikdə olan quyular olub ki, onlar barəsində maraqlı və həqiqətə uyğun fikirlər söylənilir. Bu quyulardan su quyusu, zirzəmi və ən maraqlısı odur ki, müəyyən ayinlər üçün istifadə olunurdu”. 

Bizim.Media xəbər verir ki, bu barədə AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev məlumat verib.

Dosent qeyd edib ki, Şirvanşahlar sarayı adlanan ərazidə çoxlu sayda quyular mövcuddur:

“Qaynaqlara inansaq, sarayda 30-a (bəzi mənbələrdə 51) yaxın quyu olub, onlardan 12-si birinci mərtəbədə yerləşib. Bir versiyaya görə bu quyular olan ərazinin adı fars dilində “Şirri məzaq” adlanır ki, tərcümədə “süd piri” deməkdir. Deyilənə görə, buranın belə adlanması Şirvanın adının bəzi fars və ərəb tarixçilərinin əlyazmalarında "süd ölkəsi" kimi qeyd edilməsidir. Quyuların bu qədər çox olması isə burda sufi ordeninin bir qolu olan Xəlvətiyyə təriqətinin üzvlərinin 40 gün ərzində meditasiya ilə məşğul olan zaman buranın sularından istifadə etməsi üçündür. 

Xüsusilə burada bir quyu olub ki, Bakı və İçərişəhərdə xüsusi ezzotirik mənanı ifadə edib. Həmin quyu “süd quyusu” adlanır. Quyunun yerləşdiyi tikilinin tavanı tağlıdır, girişi yuxarıdandır.

“Süd quyusu” üzərindəki otağın hündürlüyü digər otaqlardan 1 metr daha aşağıdır və burdakı memarlıq üslubu onu göstərir ki, buranın tarixi açıq-aydın İslamdan əvvəlki dövrlərə gedib çıxır. 

Tədqiqatçı Ç. Leviatov bu barədə məlumat verir: 
 

“Yeri gəlmişkən qeyd edək ki, inqilaba qədərki dövrdə müsəlman əhalisi arasında belə inam var idi ki, təsvir olunan günbəzşəkilli otaq və ya divanxananın həyətində yerləşən quru quyularından biri südünü itirmiş zahı qadınlara süd qaytarmağa qadir olan 261 möcüzəli qüvvəyə malikdir. Bu quyu “süd quyusu” adlanır”.


Bu pir Şirvanşahlar sarayından daha qədimdir. Saray müqəddəs sayılan bu ərazidə qayanın üstündə tikilib. Amma quyuya toxunmayıblar. Ruslar şəhəri alandan sonra Şirvanşahlar sarayında əsgərləri,aşağı mərtəbədə isə atları saxlayırdılar. Onlar buranı dağıtmaq istəsələr də sonradan fikirlərini dəyişiblər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO