Almaniyadan gələn Navalnı Moskvada saxlanıldı

Almaniyadan gələn Navalnı Moskvada saxlanıldı

Hazırda oxunan: Almaniyadan gələn Navalnı Moskvada saxlanıldı

8806

Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı paytaxtın hava limanında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə  məlumatı "RİA -Novosti” agentliyi yayıb.

Aleksey Navalnı "Şeremetyevo" Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb.

Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO