Uşaqlara işgəncə verilən \

Uşaqlara işgəncə verilən \"Sevgi evi\" sığınacağı BAĞLANMAYIB – ŞOK GÖRÜNTÜLƏR  

Hazırda oxunan: Uşaqlara işgəncə verilən \"Sevgi evi\" sığınacağı BAĞLANMAYIB – ŞOK GÖRÜNTÜLƏR  

88051

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağından xəbər var. 

Qeyd edək ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı. 2 ay əvvəl isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.

Bu açıqlamanı isə sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov bəyan etmişdi.

Bizim.Media-nın araşdırmasına görə əslində sözügedən sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.

Nə cinayət işi açılan sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına verilib, nə də qalmaqallı məsələdə adı hallanan Könül Qasımova istintaqa cəlb olunub. Əldə etdiyimiz məlumatlara görə üstəlik sığınacağa yeni uşaq qəbulu da həyata keçirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Komitəsindən sığınacaqda uşaqlara xəsarət yetirilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Sığınacaq sahibi Könül Qasımova əvvəl olduğu kimi indi də sosial şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.

Məsələ ilə bağlı istintaq hərəkətlərinin nə yerdə olmasını öyrənmək üçün  Baş Prokurorluqla əlaqə yaratdıq. Qurumun rəsmisi Günay Əyyubova Bizim.Media-ya bildirib ki, qeyd olunan faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda istintaq davam edir.

Sığınacağın fəaliyyəti ilə bağlı məsələyə gəlincə, Könül Qasımova açıqlama vermək istəməyib. O, istintaq bitdikdən sonra mətbuat konfransı keçirəcəyini və bütün məsələlərə orada aydınlıq gətiriləcəyini deyib:

“Heç bir məlumat vermirəm. Sığınacağın bağlanması ilə bağlı dediyiniz informasiya da yalnışdır. Mətbuat konfransı keçirəndə hər şeyi öyrənərsiz”. 
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqların döyüldüyü sığınacağın sahibi Zülfü Qasımovun qızı imiş...


Görünən odur ki, Könül Qasımova dolayı yolla sığınacağın ümumiyyətlə bağlanmadığını və hazırda fəaliyyətdə olduğunu təsdiqləyib. Belə çıxır ki,  Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov 2 ay əvvəl sığınacağın bağlanması ilə bağlı yalan açıqlama verib. 

Bizim.Media barəsində cinayət işi açılan “Sevgi evi” sığınacağının fəaliyyəti ilə bağlı foto və videofaktları təqdim edir:

Alçina Amilqızı, Bizim.Media 
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO