Krıma endirilən avia zərbədən sonra Rusiya 7 təyyarəsini itirib - FOTO

Krıma endirilən avia zərbədən sonra Rusiya 7 təyyarəsini itirib - FOTO

Hazırda oxunan: Krıma endirilən avia zərbədən sonra Rusiya 7 təyyarəsini itirib - FOTO

88027

Krımda hərbi aerodromda baş verən partlayışlar nəticəsində 7 təyyarə məhv edilib. 

Bizim.Media xəbər verir ki, bu hadisə İkinci Dünya Müharibəsindən sonra Rusiya aviasiyasının ən pis hadisələrindən biri kimi tarixə düşüb.

1945-ci ildən sonra nə SSRİ-də, nə də Rusiyada bir anda belə böyük təyyarə itkisi olmayıb. Bu detalı CNN telekanalı yazır.

Mənbə aydınlaşdırır ki, itki məlumatları Amerikanın “Planet Labs” şirkətinin Saki aviabazasındakı partlayışlardan əvvəl və sonra çəkilmiş peyk şəkilləri sayəsində əldə edilib.

Fotoşəkillərdə açıq dayanacaqda ən azı yeddi təyyarənin yanmış parçaları, həmçinin yanan torpaq göstərilir. Əsas uçuş zolaqları zərər görməyib. Görüntülər ziyanın miqyasını, dağıntı və zərərin xarakterini dəqiq müəyyən etməyə imkan vermir, lakin onlar aviabazaya dəyən zərərin ilk sübutudur.

Ukrayna kəşfiyyatının məlumatına görə, aerodromda baş verən partlayışlar nəticəsində ən azı 60 nəfər həlak olub, 100-ə yaxın pilot və texniki işçi yaralanıb. Ukrayna Silahlı Qüvvələri avqustun 10-da doqquz təyyarənin məhv edildiyini bildirib.
Adı açıqlanmayan Ukrayna hökumət rəsmisi “The Washington Post”a deyib ki, Sakidə baş verənlərin arxasında Ukrayna xüsusi təyinatlıları dayanır. Rəsmi Kiyev ordusunun insidentdə iştirakı ilə bağlı açıqlama verməyib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO