Atası İslamiada qalibi Fəridənin qələbəsindən DANIŞDI - \

Atası İslamiada qalibi Fəridənin qələbəsindən DANIŞDI - \"Bu, Azərbaycanın uğurudur\" - FOTO 

Hazırda oxunan: Atası İslamiada qalibi Fəridənin qələbəsindən DANIŞDI - \"Bu, Azərbaycanın uğurudur\" - FOTO 

88016

"Fəridənin Türkiyədə keçirilən yarışda qızıl medal almasını mən Qusar avtovağzalında sərnişin gözləyərkən eşitdim. Sürücü yoldaşlarım gəlib bir-bir məni təbrik edirdilər: "Gözün aydın, Şıxəmməd, qızın Fəridə yenə Qusarın adını qaldırdı. Qızıl medal alıb. Azərbaycan bayrağını qaldırıb Türkiyədə".  

Bu sözləri Bizim.Media-ya Qusar şəhər sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən Şıxəmməd Əzizov qızı Fəridə Əzizovanın Türkiyənin Konya şəhərində keçirilən Beşinci İslam Həmrəyliyi Oyunlarında (İslamiada) qazandığı qızıl medaldan danışarkən deyib.  

O eşitdiyi xəbərdən çox sevindiyini deyərək qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi:  

"Bu, təkcə Əzizovların, Qusarın qələbəsi deyil. Bütünlükdə Azərbaycan idmanının qələbəsidir. Hamımızın gözü aydın olsun". 

Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov da Qusar əsilli taekvondoçu Fəridə Əzizovanın qələbəsinin Qusarda da böyük sevinc və təntənə ilə qarşılandığından danışıb.
O, Fəridənin 67 kiloqram çəkidə İran idmançısı Zeynəb Varaqhula qalib gələrək oyunların qaliblərindən biri olmasının və qızıl medala yiyələnməsinin əsas ölkədə idmana verilən yüksək dəyər və qiymətdən bəhrələndiyini qeyd edib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO