Sağlamlığına qovuşan Xalq artisti Ramiz Novruz Mehriban Əliyevaya təşəkkür etdi – VİDEO  

Sağlamlığına qovuşan Xalq artisti Ramiz Novruz Mehriban Əliyevaya təşəkkür etdi – VİDEO  

Hazırda oxunan: Sağlamlığına qovuşan Xalq artisti Ramiz Novruz Mehriban Əliyevaya təşəkkür etdi – VİDEO  

87896

Sağlamlığına qovuşan Xalq artisti Ramiz Novruz Birinci vitse-prezident Mehriban Əliyeva təşəkkür edib.  

Bizim.Media xəbər verir ki, sənətkarın videomüraciətini onun vizajist qızı Şəfəq Novruz sosial şəbəkə hesabında paylaşıb.  

Mədə xərçəngindən əziyyət çəkən R.Novruz müalicəsini nəzarətə götürən Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib: 

“Azərbaycanda hamının özünə doğma bildiyi, yaşına uyğun olaraq kiminin ana, kiminin bacı kimi gördüyü ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu bizə dəstək oldu, bir daha göstərdilər ki, hər bir vətəndaş onlar üçün dəyərlidir. Adi vətəndaşdan tutmuş tanınmışlara qədər.

Onlar şəhidlərimizin ailələrinə, qazilərimizə, Qarabağın yenidən qurulmasına vaxt sərf edir, həm də digər vətəndaşlara da zaman tapıb qayğı göstərirlər. Ona görə də Mehriban xanımı hər kəs özünə doğma bilir.  
Nə yaxşı ki, Heydər Əliyev Fondu var. Bütün komandaya minnətdarlığımı bildirirəm. Mehriban xanım, çox sağ olun” – deyə, Ramiz Novruz fikirlərini ifadə edib.  

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO