Arvadını öldürən hakim Ali Məhkəməyə MÜRACİƏT ETDİ  

Arvadını öldürən hakim Ali Məhkəməyə MÜRACİƏT ETDİ  

Hazırda oxunan: Arvadını öldürən hakim Ali Məhkəməyə MÜRACİƏT ETDİ  

87882

Bakıda arvadını öldürməkdə ittiham olunan Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov kassasiya şikayəti verib.  

Bizim.Media xəbər verir ki, Fəqan Əhmədovun şikayəti avqustun 8-də Ali Məhkəməyə daxil olub.  

Şikayət araşdırılması üçün hakim İlkin Rəcəbovun icraatına verilib. Məhkəmənin baxış iclasının vaxtı müəyyən edilməyib. Fəqan Əhmədov cəzasının yüngülləşdirilməsini istəyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov 10 il azadlıqdan məhrum edilib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fəqan Əhmədovun cəzası 7 ilə endirilib. 

İttihama görə, ötən il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. 

Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Fəqan Əhmədovun mayın 30-da saat 23 radələrində Nardaran qəsəbəsi, “Ləhiş bağları” yaşayış massivində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünəməxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
İstintaq orqanı tərəfindən Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO