Sabah hava necə olacaq? - PROQNOZ 

Sabah hava necə olacaq? - PROQNOZ 

Hazırda oxunan: Sabah hava necə olacaq? - PROQNOZ 

87864

Avqustun 11-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. 
Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeronda gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO