Bu ölkədə 283 nəfərdə “Britaniya” ştammı tapıldı

Bu ölkədə 283 nəfərdə “Britaniya” ştammı tapıldı

Hazırda oxunan: Bu ölkədə 283 nəfərdə “Britaniya” ştammı tapıldı

8784

Danimarkada 283 nəfərin koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxması faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bunu Danimarkanın Yoluxucu Xəstəliklərlə Mübarizə İnstitutu məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniya ştammı ABŞ-ın 8 ştatını cənginə aldı


Yanvarın 16-da bu rəqəmin 256 olduğu bildirilmişdi. Həkimlər qeyd edib ki, “Britaniya” ştammını təyin etmək çox vaxt apardığı üçün məlumatların ötürülməsində gecikmə yaranır.

İndiyədək ölkədə ümumilikdə 189 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 775 nəfər vəfat edib.

Hökumət, yeni infeksiyanın artması fonunda, beş nəfərdən çox qrup halında toplaşmağı qadağan edib. Həmçinin bütün ictimai yerlərdə maska taxmaq vacibdir.

Danimarkada bütün restoranlar, barlar, kinoteatrlar, teatrları, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları bağlanıb. Səlahiyyətli şəxslər məhdudlaşdırıcı tədbirləri fevralın əvvəlinə qədər uzadıblar.

Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO