Bir dəfə də olsun parlamentə düşə bilməyən 26 partiya – SİYAHI 

Bir dəfə də olsun parlamentə düşə bilməyən 26 partiya – SİYAHI 

Hazırda oxunan: Bir dəfə də olsun parlamentə düşə bilməyən 26 partiya – SİYAHI 

87751

Ölkəmizdə rəsmi dövlət qeydiyyatında olan 58 siyasi partiya fəaliyyət göstərir. Əlbəttə, siyasi partiyalardan söhbət gedirsə, ilk növbədə ağılagələn hədəf hakimiyyət uğrunda mübarizədir.

Lakin ölkəmizdə bir sıra partiyalar var ki, onların siyasi mübarizəsində hər hansı uğur qazandığını söyləmək doğru olmaz. Çünki onlardan bir çoxu, fəaliyyət göstərdikləri müddətdə bir dəfə də olsun parlamentdə mandat qazana bilməyiblər.

Təbii ki, son parlament seçkilərinin keçirildiyi 2020-ci ilin fevralından sonra dövlət qeydiyyatına alınmış 7 partiyanı (Yeni Zaman, Cümhuriyyət Xalq, Müstəqil Xalq, Gələcək Azərbaycan, Azad Demokratlar, Haqq Ədalət və Azərbaycan Yüksəliş) bu siyahıya aid etmək doğru olmaz. Çünki adları çəkilən siyasi təşkilatların faktiki olaraq parlament seçkilərində iştirak üçün fürsətləri olmayıb.

Lakin aşağıdakı siyahıda adları olan siyasi partiyalar yarandıqları vaxtdan bu günə qədər bir dəfə də olsun parlamentdə mandat qazana bilməyiblər:

1. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası. Qeydiyyat tarixi – 17.07.1992

2. Birlik Partiyası. Qeydiyyat tarixi – 18.12.1992

3. Vahid Azərbaycan Milli Birlik Partiyası. Qeydiyyat tarixi - 13.01.1993

4. Ağ Partiyası. 2016-cı ilin iyulunda Vahid Azərbaycan Partiyasının adının dəyişdirilməsi ilə yaranıb.

5. Milli Həmrəylik Partiyası. Qeydiyyat tarixi - 10.02.1993

6. Müstəqil Azərbaycan Partiyası. Qeydiyyat tarixi – 10.02.1993

7. Milli Qurtuluş Partiyası. Qeydiyyat tarixi – 03.03.1993

8. Qorqud Partiyası. Qeydiyyat tarixi – 10.11.1993

9. Azərbaycan Milli Hərəkat Partiyası. Qeydiyyat tarixi – 02.03. 1994

10. Azərbaycan Milli Dövlətçilik Partiyası. Qeydiyyat tarixi – 12.10.1994

11. Azərbaycan Vətənpərvərlər Partiyası. Qeydiyyat tarixi – 12.10.1994

12. Azərbaycan Vahid Kommunist Partiyası. Qeydiyyat tarixi  - 19.09.1995

13. Milli Konqres Partiyası. Qeydiyyat tarixi – 11.12.1998

14. Azərbaycan Respublikaçılar Partiyası. Qeydiyyat tarixi – 09.07.1999

15. Azərbaycan Liberal Demokrat Partiyası. Qeydiyyat tarixi – 09.07.1999

16. Azərbaycan Mübarizləri Partiyası. Qeydiyyat tarixi – 27.05.2000

17. Milli Vəhdət Partiyası. Qeydiyyat tarixi – 08.05.2002

18. Müasir Müsavat Partiyası. Qeydiyyat tarixi - 08.05.2002

19. Azərbaycan Azad Respublikaçılar Partiyası. Qeydiyyat tarixi - 08.05.2002

20. Azadlıq Partiyası. Qeydiyyat tarixi – 12.08.2005

21. Azərbaycan Tərəqqi Partiyası. Qeydiyyat tarixi – 12.08.2005

22. Böyük Azərbaycan Partiyası. Qeydiyyat tarixi – 12.08.2005

23. Azərbaycan Təkamül Partiyası. Qeydiyyat tarixi – 12.08.2005

24. Klassik Xalq Cəbhəsi Partiyası. Qeydiyyat tarixi – 31.01.2007

25. Azərbaycan Milli Demokrat Partiyası. Qeydiyyat tarixi - 24.12.2008

26. Aydınlar Partiyası. Qeydiyyat tarixi – 19.11.2009

Siyahıdan da göründüyü kimi, Azərbaycandakı partiyaları demək olar ki, yarısı, bir dəfə də olsun Milli Məclisdə mandat qazana bilməyiblər. 

Bu 26 partiyadan 11-inin 6 çağırış üzrə parlamentdə təmsil olunmaq imkanları olsa da, ya seçkilərdə uğursuzluq, ya da ümumiyyətlə, iştirak etməmələri səbəbindən uğursuzluğa düçar olub.

Partiyalardan beşi 5, altısı 4, üçü 3, biri isə iki çağırış üzrə bu və ya digər səbəbdən parlamentə düşə bilməyiblər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO