Dünya çempionatında çıxış edəcək Azərbaycan CÜDOÇULARI - ADLAR

Dünya çempionatında çıxış edəcək Azərbaycan CÜDOÇULARI - ADLAR

Hazırda oxunan: Dünya çempionatında çıxış edəcək Azərbaycan CÜDOÇULARI - ADLAR

87669

10-13 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. 

Azərbaycan idmançıları 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 10 avqustda Turan Bayramov (60 kq), 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq. 

Azərbaycan cüdoçuları baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO