“Ermənistan və Qarabağ ətrafında yaranmış çətin vəziyyət kontekstində Paşinyan hakimiyyəti özünəməxsus tərzdə yeni plan üzərində çalışır. Məqsəd verilən itkilərə görə konkret şəxsin cəzalandırılmasıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının katibi, deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Bu mərhələdə ilk qurban “Arsax”ın “rəhbəri” Arayik Arutyunyan seçilib. Uzunmüddətli perspektivdə isə Qarabağda müvəqqəti yaşayan bütün ermənilər “qurban” gedəcək.
Düzdür, “hər şeydə ruslar günahkardır” fikri yenə də qüvvədə qalır, amma Arayik Arutyunyanın obrazı üzərinə məsuliyyət qoymaq ən ideal variantdır. Çünki Qarabağda baş verənlər birbaşa onun adı ilə bağlıdır.
Yeri gəlmişkən, Arayikin müharibənin nəticələrinə görə "qurban" verilməsi daha sonra baş tutacaq, indi isə sırada hələ də çoxlu əsgər var.
Paşinyanın hökumətin sonuncu iclasındakı “tamaşası” deyilənləri bir daha sübut edir. O, ictimaiyyəti inandırmağa çalışıb ki, Laçının Bakıya veriləcəyindən və aylardır çəkilən alternativ yoldan xəbəri yoxdur.
Belə çıxır ki, “Arsax”ın və Ermənistanın gələcəyi onları yalnız hakimiyyətlərini saxlamaq baxımından maraqlandırır”, - deyə Abramyan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:31 / 09.08.2022
Arayik Arutyunyan “qurban” seçildi – ERMƏNİ DEPUTAT şok detalları açıqladı
Hazırda oxunan: Arayik Arutyunyan “qurban” seçildi – ERMƏNİ DEPUTAT şok detalları açıqladı
Hazırda oxunan: Arayik Arutyunyan “qurban” seçildi – ERMƏNİ DEPUTAT şok detalları açıqladı
87659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.