“İxrac icmalı”nın avqust sayına əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2% artıb.
2022-ci ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2%, artıb.
2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub.
2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:20 / 09.08.2022
Azərbaycan qeyri-neft ixracını 24% artırdı
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını 24% artırdı
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını 24% artırdı
87639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.