“Bolt Services AZ”a qarşı İTTİHAM - Haqsız rəqabətlə...

“Bolt Services AZ”a qarşı İTTİHAM - Haqsız rəqabətlə...

Hazırda oxunan: “Bolt Services AZ”a qarşı İTTİHAM - Haqsız rəqabətlə...

87522

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Delivery Azerbaijan” MMC-dən “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması zamanı şirkətin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğu müəyyən edilib.
Dövlət Xidməti işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ”a icrası məcbur olan göstəriş verib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO