“Azərişıq” əməkdaşının qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR  

“Azərişıq” əməkdaşının qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR  

Hazırda oxunan: “Azərişıq” əməkdaşının qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR  

87454

Oğuz rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü Namiq Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin olunub.  

İttihama görə, hadisə bu ilin aprelin 2-də baş verib.  

Həmin gün saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinov qardaşı Namiq Şirinovla yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Mübahisə zamanı Namiq Aqilə bıçaqla xəsarət yetirib. Aqil aldığı xəsarətdən vəfat edib. İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  
Qeyd edək ki, qətlə yetirilən Aqil Şirinov “Azərişığ”ın rayon şöbəsinin əməkdaşı olub. 

Onların atası Qurban Şirinov da uzun müddət rayonda işıq idarəsinə rəhbərlik edib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO