Şəmkirə leysan yağdı: 2 nəfər sudan çıxarıldı

Şəmkirə leysan yağdı: 2 nəfər sudan çıxarıldı

Hazırda oxunan: Şəmkirə leysan yağdı: 2 nəfər sudan çıxarıldı

87428

Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.

Bizim.Media xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Qərb bölgəsində leysan xarakterli yağış yağıb.

Şəmkirin İrmaşlı kəndinə yağan leysan yağışdan sonra əraziyə sel gəlib, təbii hadisə zamanı iki nəfər ehtiyatsızlıqdan sel sularına düşüb. Onlar ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıblar.

Xəsarət alan 2005-ci il təvəllüdlü Ş.Məmmədova və daha bir nəfər hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadasının maşınları ilə xəstəxanaya aparılıblar. Report.az-ın məlumatına görə, bölgədə yağıntılı hava şəraiti davam edir, Gəncədə və ətraf rayonlara dolu düşüb, ildırım çaxır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO