İslam Həmrəyliyi Oyunlarında həndbol yığmamız növbəti mərhələyə vəsiqə qazandı

İslam Həmrəyliyi Oyunlarında həndbol yığmamız növbəti mərhələyə vəsiqə qazandı

Hazırda oxunan: İslam Həmrəyliyi Oyunlarında həndbol yığmamız növbəti mərhələyə vəsiqə qazandı

87401

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, mükafatlara namizədlərdən sayılan qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb.

Avqustun 9-da Əfqanıstan seçməsi ilə üz-üzə gələcək komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.

Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO