"Qarabağ"a rəqib olan komandada AYRILIQ

Hazırda oxunan: "Qarabağ"a rəqib olan komandada AYRILIQ

87281

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" (Macarıstan) futbolçusu Aleksandr Zubkovla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi karyerasını Donetsk "Şaxtyor"unda davam etdirəcək. Onunla 5 illik müqavilə imzalanıb.

Ukrayna millisinin də üzvü olan Aleksandr 2020-ci ildən "Ferenstvaroş"da oynayıdı.

Qeyd edək ki, "Qarabağ" mərhələnin ilk oyununda Bakıda "Ferentsvaroş"la heç-heçə edib - 1:1. Bu komandalar arasında avqustun 9-da "Qroupama Arena"da oynanılacaq cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO