Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı

Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı

Hazırda oxunan: Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı

87224

Zaqatalada beş yaşlı uşaq qaynar su olan qaba yıxılıb. 

Bizim.Media xəbər verir ki, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub. 

Xanım Dəmirovaya 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

Apa.az-ın məlumatına görə, Xanım Dəmirovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO