Qəsdən yanğın törətmə faktının üstü AÇILDI - FOTO/VİDEO

Qəsdən yanğın törətmə faktının üstü AÇILDI - FOTO/VİDEO

Hazırda oxunan: Qəsdən yanğın törətmə faktının üstü AÇILDI - FOTO/VİDEO

87127

Avqustun 3-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO