İslamiadada ilk medalçılar - Azərbaycan velosipedçisi 4-cü yerdə

İslamiadada ilk medalçılar - Azərbaycan velosipedçisi 4-cü yerdə

Hazırda oxunan: İslamiadada ilk medalçılar - Azərbaycan velosipedçisi 4-cü yerdə

87107

Türkiyənin Konya şəhərində bu gün start götürən V İslam Həmrəyliyi Oyunlarında ilk medalçılar bəlli olub.

Bizim.Media xəbər verir ki, İslamiada qadınlar arasında trek velosipedi üzrə yarışla start götürüb.

10 km məsafəyə final mübarizəsində qazaxıstanlı Rinata Sultanova qızıl, malayziyalı Nur Asya Məhəmməd Zubir gümüş, özbəkistanlı Sofiya Kərimova bürünc medal qazanıb. Report.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Ayan Xankişiyeva isə 4-cü yeri tutub.

V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. 

Qeyd edək ki, açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO